Cəmiyyət

Sinoptiklərdən XƏBƏRDARLIQ - YENİLƏNİB

3 Aprel 2015 13:21
5 Şərh     Baxış: 16 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:21

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 18 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı istisna olunmur. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal küləyinə keçəcək.

Havanın hərarəti gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində ayrı-ayrı qərb rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

--------
11:41

Yaxın üç gün ərzində Azərbaycan ərazisində küləkli hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Gün ərzində küləyin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək. Şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Sabah isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq. Aprelin 5-də isə cənub küləyi yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti arabir güclənəcək.

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gündüz saatlarında 10-15, dağlıq rayonlarda isə 5-10 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.