Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 22-ci ildönümüdür.
Milli.Az-ın məlumatına görə, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır.
Milli.Az
Cəmiyyət
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
2 Aprel 2015 00:06
0 Şərh
Baxış: 5 946
DİGƏR XƏBƏRLƏR
- Tanınmış psixoloq yeni işə başladı - VİDEO
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
- Yunus Oğuz bu əsəri ilə Şuşa qürurunu yenidən yaşadır - Etibar Babayev
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
XƏBƏR LENTİ
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO
- Bayden yenə hava ilə “salam”laşdı - VİDEO
- Krım körpüsü bağlandı
- Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR
- "Mənə sədaqətdən, vəfadan danışmayın..." - FOTOlar
- Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
- İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
- İsveç səfiri Avroviziya təmsilçilərimizlə görüşdü - VİDEO
- Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzaladı
- Bir il əvvəl yoxa çıxan modelin meyiti tapıldı - FOTO
- Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNİB
- Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO
- Azərbaycanda yeni kollec yaradıldı
- Jiru onlarla razılığa gəldi
- Şəkil sevdası faciəyə səbəb oldu - vulkana düşdü - FOTO
- "Mənim kimi qadınlar ancaq bu kişilərlə birlikdə olur"
- İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
- “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
- Qəzzada ürəkdağlayan görüntülər - VİDEO
- Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- Zülfiyyə Bayramova xəstəliyindən danışdı:"Problem yarada bilər"
- Final öncəsi “11”lər - TƏHLİL
- Fransa təyyarəsi Bakıya təcili eniş etdi - Sərnişinlər təxliyə olundu - FOTO
- Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO