Cəmiyyət

Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür - FOTO

1 Aprel 2015 17:50
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalqların və mədəniyyətlərin yaxınlaşmasında media qurumlarının üzərinə böyük vəzifə düşür

Bu fikri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Argentinanın ölkəmizdəki səfirinin müavini Qabriel Alexandro Forquera və "AİTF Baku 2015" turizm sərgisində iştirak etmək üçün Azərbaycana gələn "Branding Latin America Group" şirkətinin rəhbəri Rodolfo Milesi ilə görüşdə səsləndirib.

Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən baş direktor AZƏRTAC ilə Argentinanın TELAM xəbər agentliyini sıx tərəfdaşlıq münasibətləri bağladığını qeyd edərək deyib: Hər iki media qurumu beynəlxalq informasiya təşkilatlarında bir-birini dəstəkləyir, Azərbaycanda təşkil edilən tədbirlərin mütəmadi iştirakçısı olan TELAM agentliyi Dünya Xəbər agentlikləri Konqresi Şurası tərkibində də AZƏRTAC-la konstruktiv əməkdaşlıq edir.

Görüşdə, həmçinin AZƏRTAC-ın Azərbaycan və Argentina arasında turizm əlaqələrinin inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğu vurğulanıb.

Qabriel Alexandro Forquera hər iki ölkənin aparıcı xəbər agentlikləri arasında sıx tərəfdaşlığın mədəni əlaqələrin inkişafına da müsbət təsir göstərdiyini, gənc müstəqil Azərbaycanın aparıcı xəbər agentliyi olan AZƏRTAC-ın beynəlxalq informasiya məkanında böyük uğurlara imza atmasının təqdirəlayiq olduğunu deyib.

AİTF 2015 Beynəlxalq Turizm Sərgisində Argentinanın ikinci dəfə iştirak etdiyini deyən Rodolfo Milesi bildirib ki, iki ölkənin turizm əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda, mədəni və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü ildə Argentinaya səfərlər üçün Azərbaycana verilən vizaların sayı iki dəfə artıb. "Argentina bu sərgidə iştirak edən ilk Latın Amerikası ölkəsidir. Burada ölkəmizin musiqisi, mətbəxi və turizm potensialı təqdim olunacaq", - deyə şirkət rəhbəri vurğulayıb.

Görüşdə ölkələrin mədəniyyətlərinin təbliğində beynəlxalq informasiya platformalarının roluna dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.