Cəmiyyət

Azərbaycanda yeni minik vasitəsi - FOTO

1 Aprel 2015 16:40
2 Şərh     Baxış: 2 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mlli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, bir ay əvvəl Göytəpə küçələrində şütüyən yeni minik vasitəsini görənlər əməlli-başlı təəccübləniblər. Adi velospied hissələrindən quraşdırılmış qoşqulu minik vasitəsinin çəkisi 40 kiloqramdır. Bu velosipedlə 200 kq. yük daşımaq mümkündür.

Bəhruz Hüseynov deyir ki, əvvəllər dükan-bazardan alış-veriş edərkən evə aparmaqda çətinlik çəkirmiş. Məhz bu səbəbdən sözügedən velosipedi düzəltmək qərarına gəlib. Velosipedin əsas özəlliyi isə avtomobillərin hərəkət edə bilmədiyi yerlərdə yükü daşıya bilməsidir. Elə buna görə də qəsəbə sakinləri də bu xidmətdən yararlanır. Bəhruz Hüseynov da bir aya yaxındır ki, 200 manata başa gələn bu velosipedi ilə ailəsinə çörəkpulu qazanır.
 

Bu yükdaşıma vasitəsinin əsas üstünlüyü də onun yanacaqsız işləməsi və beləliklə, işin daha ucuz başa gəlməsidir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.