Cəmiyyət

Bakıda evin qiyməti 3-qat necə bahalaşdı - VİDEO

1 Aprel 2015 10:38
0 Şərh     Baxış: 3 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evi satan şəxs öldüyündən onun varisləri müştəridən 3-qat pul istəyiblər

Anspress yazır ki, Binə qəsəbəsində ev alan ailə aldadıldığını iddia edir.

ANS TV-nin məlumatına görə, əvvələr Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryol döngəsi 2 ünvanında yaşamış Nuh Verdiyev bu evi Həbib Ağayevdən satın aldığını bildirir. Verdiyev ilk olaraq da həmin şəxsə 2400 dollar pul ödədiyini, geri qalan 5 100 dolları isə ev sənədləşdirildikdən sonra təqdim edəcəyini deyib.

Ancaq imkanı olmayan Verdiyev bu məbləği, yəni 5100 dolları verə bilməyib. Bir müddət sonra isə mülkü satan Həbib Ağayev baş verən qəzada dünyasını dəyişib. Bundan sonra Verdiyevlər ailəsi aldığı evdən didərgin düşüb. Buna mülkü satan mərhumun qardaşlarının ondan 20 min dollar tələb etməsi səbəb olub. Yalnız bu məbləğ müqabilində evin sənədləri veriləcəkmiş.

Nuh Verdiyev bu məbləğlə razılaşmadığından iş məhkəmə orqanlarına qədər gedib çıxıb. Verdiyev mülkə ödədiyi pulu tələb etdikdə ona bu məbləğ geri qaytarılmayıb. Buna görə də Nuh Verdiyev evi əvvəlki vəziyyətə gətirməklə, yəni təmir etdiyi mənzili sökərək tərk edib.

"2004-cü ildə Həbib Ağayev günün birində vəfat etdi. Bundan sonra gedib mərhumun qardaşına müraciət etdim ki, Həbib Ağayev bizə evin sənədlərini verməli idi. Mərhumun qardaşı dedi ki, bir neçə gündən sonra evin sənədlərinin təqdim edəcəyik. 2006-ci ilin fevral ayında isə 4 nəfər, ikisi qadın, ikisi kişi olmaqla bizə gəldi və bildirdi ki, qiymətlər qalxıb", - deyə şikayətçi Nuh Verdiyev bildirib.

Bu problemlə əlaqədar mülk sahibi, yəni məhrumun qardaşı Xudaqulu Ağayev bildirdi ki, Nuh Verdiyevə kifayət qədər güzəşt edilib. Və ona 5100 dolları ödəmək üçün vaxt da verilib. Amma Nuh Verdiyev pulu ödəməkdə səy göstərməyib. Və bu məsələ də məhkəmə zalında həllini tapıb.

"İcra şöbəsinə ərizə ilə müraciət edərək, evin çəkilən xərclə birlikdə bütün əmlakımı götürüb aparmışam. Gələcəkdə Afaq xanıma və onun ailə üzvlərinə qarşı heç bir iddiam olmayacaq", - deyə mülk sahibinin qardaşı Xudaqulu Ağayev qeyd edib.

İndi deyildiyi kimi hər şeyi məhkəmə qərarı həll edib. Qaldı ki, pulun geri tələb olunmasına, Xudaqulu Ağayev bildirdi ki, ona heç bir məbləğdə pul ödənməyəcək. Çünki Nuh Verdiyev ödədiyi pulun əvəzinə ikimərtbəli evi tamamilə yararsız hala salıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.