Cəmiyyət

Ülkər İsayeva türk psixoloqları Bakıya çağırdı

30 Mart 2015 22:23
2 Şərh     Baxış: 6 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı, döyülmə videosu ilə mətbuatın gündəmindən düşməyən Ülkər İsayeva yenidən aktiv fəalliyətini davam etdirir. Belə ki, Ü.İsayeva Bakıda mötəbər konfrans keçirməyə qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Ü.İsayevanın özü məlumat verib. O, bildirib ki, 25-26 aprel tarixində Bakı şəhərində Xəzər Universitetinin Psixologiya Departamentinin və Karyera Mərkəzinin təşkilatı ilə "Azərbaycan 2 Beynəlxalq Psixologiya Konfransı" keçiriləcək:

"Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verəcəklər. Konfransda iştirak edən insanlar psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə tanışlıq yaratmaq şansı əldə edəcəklər".

Qeyd edək ki, Ülkər İsayevanın sevgilisi Zaur Məmmədov tərəfindən döyülməsi iddia edilsə də qarşı tərəf bunu inkar etmişdi. Məlum video bir müddət əvvəl böyük rezonansa səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.