Cəmiyyət

Müəllimlər mart ayından etibarən maaşlarını artımla alacaqlar

30 Mart 2015 18:23
0 Şərh     Baxış: 3 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mart ayından etibarən Bakı şəhərinin məktəblərində çalışan müəllimlər əmək haqlarını artımla əldə edəcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən cavabda bildirilib ki, müəllimlər mart ayının maaşını artımla birlikdə alacaqlar. Müəllimlər eyni zamanda yanvar və fevral ayları üçün artımla əlaqədar yaranan fərqi də mart ayının maaşı ilə birlikdə alacaqlar.

Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Artıq həmin sənədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.