Cəmiyyət

Təhlükəli dirəklər - VİDEO

30 Mart 2015 18:33
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin bəzi məhəllələrindəki elektrik dirəklərindən bəhs edəcəyik. Hansı ki, aşmaq təhlükəsi ilə üz-üzədir. Sakinlərin dili ilə desək, artıq istifadə müddətini başa vurub və dəyişdirilməzsə, təhlükə qaçılmaz olacaq.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin Sahib Rəhman küçəsində uzun illər öncə torpağa basdırılmış elektrik dirəyi çürüyərək yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, azacıq külək əsən kimi dirək silkələnir, naqillər isə bir-birinə dəyir. Mahmud Əliyev küçəsinin sakinləri də eyni aqibəti yaşayırlar. Dirəyin artıq aşmaq üzrə olduğunu hiss edən sakinlər onu yaxınlıqda yerləşən ağaca bağlayıb, həmçinin dayaq veriblər.

M.F.Axundov prospektində də elektrik dirəyi əyilib. Materialı bərk olsa da, torpağa basdırılmış hissə boş olduğundan əyilmə daha da artıb. Sakinlərin şikayətini əsas götürüb üz tutduq Şəki Elektrik ASÇ-ə... Bizimlə birlikdə adıçəkilən ünvanlarda olan qurum rəsmisi bəzi dirəklərin yaxın zamanlarda dəyişdiriləcəyini bildirdi.

Qurum rəsmisinin sözlərinə görə, son bir neçə ildə aşma təhlükəsi olan xeyli dirək yenilənib, bəzilərində isə bərpa işləri aparılıb. Eləcə də müraciətlər əsasında əməli iş görülür. Yaxın vaxtlarda müəssisə tərəfindən aşma təhlükəsi olan dirəklər dəyişdiriləcək.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.