Cəmiyyət

"Hitler Almaniyasının Gizli Tarixi" kitabı çap olundu - FOTO

30 Mart 2015 16:34
1 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kitabı əldə etmək istəyənlər onlayn üsuldan yararlana bilərlər

Almaniya Araşdırmalar Mərkəzinin (AAM) uzun zamandır üzərində çalışdığı "Hitler Almaniyasının Gizli Tarixi" adlı kitab çap olunub.

Milli.Az xəbər verir ki, kitab Azərbaycan dilində bir ilkdir, çünki hələ bu mövzuda bir dənə də olsun Azərbaycandilli ədəbiyyat olmayıb. Buna qədər ölkəmizin kitab bazarında bu mövzuda yalnız rus, türk və ingilis dilli kitablar var.

Almaniya Araşdırmalar Mərkəzinin yeni çapdan çıxmış bu kitabı Azərbaycan oxucusunun Hitler Almaniyasının tarixini öz doğma dilində oxumasına kömək edəcək.

Kitab alman, ingilis, rus və türk mənbələrindən tərcümə olunub. AAM çalışıb ki, nasist Almaniyasının tarixinə fərqli prizmadan yanaşsın və hər kəs üçün maraqlı ola biləcək mövzulara toxunsun.

Mərkəzdən verilən məlumata görə, mövzular, əsasən, bunlardır: Reyxin gizli texnologiyaları, nasistlərin qaçış yolları, qəribəliklərlə dolu Almaniya, Fürerin müəmmalı ölümü, Aldebaran və Nasist Əməkdaşlığı, Agartha və Ağrı Dağı, "SS" həkimləri və Latın Amerikası, Hitlerin xəzinəsi: Toplitz gölü əfsanəsi, Madaqaskar Planı, III Reyx və Qaraçay-Malqar əməkdaşlığı, Hitler Almaniyasının yaratdığı 10 müsbət qayda, "Thule Kornen", "Ahnenerbe", "Qara Günəş", Hans Horbiger və Qorxu Kralı, nasistlər Himalayda nə axtarırdılar?, Reynhard Gelen (CİA-ya işləyən agentlər), Nasional Sosialistlərin sirləri və yadplanetlilər, Thule Təşkilatı, Almaniyanın Aya səfərinə kimlər mane oldu?, Üçüncü Reyxin Antraktidadakı Bazaları, Kristal Gecə, ən qəddar 15 nasist, uzun bıçaqlar gecəsi...

Kitabın satışı onlayn üsulu ilə olacaq.

Kitabı əldə etmək istəyən şəxlər aşağıdakı telefon nömrələri və ya Almaniya Araşdırmalar Mərkəzinin rəsmi Facebook səhifəsinin mesaj bölməsi vasitəsiylə əlaqə saxlaya bilərlər.

+994 51 4595450
+994 55 4808692

Elşən İmanov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.