2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyat prosesi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, jurnalistika ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçmiş bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni mart 31-də çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək keçiriləcək.
2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün martın 19-dan 29-dək TQDK-nın saytında qeydiyyatdan keçməli idilər. Həmin müddət ərzində 27 bakalavr qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında bakalavriat səviyyəsində jurnalistika ixtisası üzrə təhsil almış şəxslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyat, alman dili və tarix müəllimi, kompüter mühəndisi, biznesin təşkili və idarə edilməsi, pedaqogika və psixologiya, kitabxanaçılıq və informasiya ixtisasları üzrə təhsil almış bakalavrlar da var.
Bunlarla yanaşı, bakalavrlar qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.
Yalnız qabiliyyət imtahanından "məqbul" qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.
Milli.Az
Cəmiyyət
Magistraturaya jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyənlərin diqqətinə
30 Mart 2015 13:25
Baxış: 1 054
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İşə gedərkən qaçırılan qız tapıldı - Təfərrüat - YENİLƏNİB - FOTO
- Ən qısqanc qadınların bürcləri – Ərlərini nəfəs almağa qoymurlar
- Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- Sabah hava necə olacaq?
- 5 ildən sonra İrana getdi
- Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
- Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
- Cavanşir Məmmədovun son sözü bu olub - 3 dəfə deyib keçindi - VİDEO
- “Qırmızı Berelilər” erməni polkovniki döydülər
- AMEA-da yeni şöbələr yaradıldı
- Azərbaycan və Başqırdıstan bir sıra saziş imzalayıb
- Hadrutdan ürəkaçan görüntülər - VİDEO
- Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi - FOTO
- Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
- Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi
- La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
- Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
- “Anam məni dünyaya gətirmək istəmirmiş” - VİDEO
- 0:4 hesabı ilə uduzan yığmamızın futbolçusu: “Qələbə də qazana bilərdik”
- Şahzadəni öldürmək istəyən narkobaronu səhvən həbsxanadan azad etdilər - FOTO
- Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
- Qırğızıstanda daşqın - Ölənlər var - VİDEO
- Xankəndidə xeyli silah-sursat aşkarlandı
- Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOlar