Cəmiyyət

Jurnalist olmaq istəyən abituriyentlər üçün kurslar təşkil ediləcək

30 Mart 2015 13:21
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu TQDK-nın tərəfdaşlığı ilə "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi çərçivəsində jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil edir.

Fonddan Trend-ə verilən məlumata görə, kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.

Bakıda və regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.