Cəmiyyət

Sürücülər Heydər Əliyev prospektində qaydalara əməl etmirlər - VİDEO

30 Mart 2015 11:37
0 Şərh     Baxış: 3 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılsa da, sürücülər qaydaları pozaraq qəza şəraiti yaradırlar.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, müvafiq yol nişanlarının qoyulmasına baxmayaraq, sürücülər köməkçi yoldan əsas yola keçərək qaydaları pozurlar, nəticədə qəza şəraiti yaranır.

Qeyd edək ki, həmin hissədə ayırıcı zolaq təxminən 60 m məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfqi nişanlanma işi həyata keçirilib.

Bununla da Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.