Cəmiyyət

Daha bir "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı - FOTO

30 Mart 2015 11:40
Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bərdə "ASAN xidmət" mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə əldə etmək olar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.