Cəmiyyət

Azərbaycana güclü qar yağır - FOTO

30 Mart 2015 10:12
0 Şərh     Baxış: 10 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün axşam saatlarından Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. Hazırda rayon mərkəzində qarın qalınlığı 10, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. Daşkəsən Rayon İcra Hakimiyyətindən Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb.

Avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır.

Digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb.

Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.