Cəmiyyət

Həm saxlamaq, həm də satmaq çətinləşib

29 Mart 2015 19:16
0 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bayramdan sonra Xaçmazda yerləşən heyvan bazarında alıcılıq qabiliyyəti aşağı düşüb. RTV (Region TV) xəbər verir ki, malını satmaq istəyən fermerlər bazara daxil olmaq üçün heyvan başına 3 manat pul ödəyirlər. Bazarda satılan heyvanların sayı kifayət qədər olsa da, satıcılar müştəri sarıdan korluq çəkirlər. Satıcılar bu il bazarda heyvanın çox olmasının səbəbini otun qiymətinin bahalaşması ilə əlaqələndirirlər.

Onların sözlərinə görə, ötən il havanın quraq keçməsi otun az olması ilə nəticələnib. Bu da öz növbəsində fermerlərə heyvanları qidalandırma prosesində problem yaradır. Təsərrüfatındakı heyvanı saxlamağa çətinlik çəkən fermer də onu satmaq məcburiyyətində qalır. Satıcılar bildirir ki, bir neçə ay əvvələ qədər mal bazarına nəinki şimal regionundan, hətta paytaxt Bakıdan da alıcılar gəlirdi.

İndi onların sayı da azalıb. Hazırda bazarda iribuynuzlu heyvan almaq istəyən alıcı minimum 200 manat, xırdabuynuzlu heyvan almaq istəyən isə 75 manat pul xərcləməlidir. Xaçmazda ətin qiymətində də artım müşahidə olunub. Hazırda mal ətinin 1 kq-ı müştərilərə 7, qoyun əti isə 10 manata təklif olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.