Cəmiyyət

Mobil telefonla cibimizə girən fırıldaqçılar

29 Mart 2015 16:03
1 Şərh     Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşların cibini soyan "Sindibad"ı siz də tanıyın

"İndicə öyrəndim ki, "Sindibad" şirkəti varmış və o, hər ay vicdansızcasına mənim cibimə girirmiş. Sən demə, mən nə vaxtsa hansısa linkə daxil olmuşam və avtomatik olaraq bu şirkətin təklif etdiyi smsfun xidmətinin abunəçisinə çevrilmişəm".

Milli.Az xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Turan agentliyinin eksperti Hafiz Babalı yazıb.

"Hüquqi baxımdan tam bir nonsensdir və əminəm ki, burada cinayət tərkibi də var. Çünki heç kəs öz iradəsinə zidd olaraq hansısa bir malın və ya xidmətin müştərisi ola bilməz", - deyə o əlavə edib.

Bu şirkəti və onun xidmətinin adını ilk dəfə eşitdiyini deyən H.Babalının sözlərinə görə,hansısa linkə daxil olmaqla avtomatik abunəlik yaranıb. O, belə bir hadisəni "hoqqabazlıq" adlandırır.

"Bu şirkətin xidmətindən istifadə etmədiyimdən nə olduğunu bilmirəm. Amma hər ay mənim balansımdan 15-16 manat çıxılırmış. Güman edirəm ki, mən bu fırıldaqçı şirkətin ilk və sonuncu qurbanı deyiləm. Yazdım ki, xəbəriniz olsun və belə tələlərə düşməyəsiniz", - o vurğulayıb.

Biz də Milli.Az olaraq məsələni araşdırmağa və təfsilatlı bilgiləri oxuculara çatdırmağa çalışacağıq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.