Milyardlarla dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin Azərbaycana ova gəlməsi ilə bağlı xəbər vermişdik. Şahzadə ölkəmizə tək gəlməyib, onunla birgə 10-15 qohumu da Azərbaycana təşrif buyurub. O, Bakının görkəmli yerlərini ziyarət edib, şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb. Daha sonra bölgələrə səfərə çıxaraq ov macəralarına başlayıb.
Bundan öncə də ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında keçmiş Qətər əmiri şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.
Ərəb milyarderlərin ölkəmizə səfər məqsədi bəlli olsa da, onların ov etmək üçün rəsmi icazə alıb-almaması sual doğurur.
Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün azvision.az saytı Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Meşələrin İnkişafı Deportamentinin sektor müdiri Sadiq Salmanov açıqlamasında bildirib ki, ərəb şeyxlərinin ov etməsi ilə bağlı onlarda məlumat yoxdur.
"Nazirliyə bununla bağlı heç bir müraciət daxil olmayıb. Əgər o, meşə sahəmizə qanunsuz daxil olubsa, əlindəki silah müsadirə olunmalı və cərimələnməlidir. Cərimənin məbləği isə 1500-2000 manat təşkil edir".
Nazirlik rəsmisi qeyd edib ki, heç bir xarici ölkə vətəndaşı olan ovçu Azərbaycana lisenziyasız gələ bilməz.
"Bizə həmin şəxslərdən meşəyə daxil olmaqla bağlı heç bir müraciət daxil olmayıb. Onlar Kür-Araz ovalığındakı meşə sahəsinə də girə bilməzlər. Onların bizim meşələrə daxil olmaları ilə bağlı nazirlikdə heç bir məlumat yoxdur. İcazəsiz meşə fonduna daxil olub ov etmək mümkün deyil. Bizdə meşələr dolayılara bölünüb. Həmin dolayıların isə meşə gözətçiləri olur. İstər xarici, istərsə də öz vətəndaşımız həmin meşəliyə qanunsuz giriblərsə, bunun qarşısı həmin dəqiqə alınır".
S.Salmanov hesab edir ki, ərəb şeyxlərin ölkəmizdə qanunsuz ov etməsi qanuna ziddir. Onlar cəzalandırılmalıdırlar.
"Bu, dövlətçilik baxımından da düzgün deyil. Xarici vətəndaş icazəsiz nə gəzir bizim meşədə? Ona görə də meşə gözətçiləri qətiyyən həmin şəxsi ora buraxa bilməz. Bu mümkün deyil. Bəlkə də, həmin şeyx bələdiyyə mülkiyyətində olan torpaqlarda ovçuluq edib.
Meşələrimizdə icazəsiz gəzmək üçün də getmək mümkün deyil. Ovlanan heyvanların növlərindən asılı olaraq cərimənin məbləği dəyişə bilər. O, hər hansı bir heyvanı vurmasa da, əlindəki tüfəng müsadirə olunmalıdır. Cərmənin məbləği də minumum əmək haqqı ilə müəyyən edilir. Bu məbləğ isə çox yüksəkdir. Meşədə icazəsiz gəzmək üçün də tətbiq olunan cərimənin məbləği 1500 manatdan yüksəkdir".
Nazirlik rəsmisi xarici ölkə vətəndaşı olan ovçuların lisenziya almasından da söhbət açıb. O qeyd edib ki, Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycan meşələrində ov etmək üçün lisenziya almayıb:
"Mənə elə gəlir ki, həmin şeyx heç meşəyə getməyib. O, dağa gedib. Özünü göstərmək üçün şəkillər çəkdirib. Bəlkə də, sadəcə, təbiəti gəzib. Ərəb şeyxləri Azərbaycana tez-tez gəlirlər. Onlar ildə bir-iki dəfə ölkəzimdə olurlar. Amerikadan və İtaliyadan Azərbaycana ov üçün gəlirlər. Onların hamısı nazirlikdən lisenziya alırlar".
İmişli və Saatlı rayon icra hakimiyyətləri ilə də əlaqə saxladıq. Bildirildi ki, həmin şəxslərin sözügedən rayonların ərazilərindəki meşəliklərdə ov etmələri ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında Fazza ləqəbi ilə şerlər yazır. Gənc oğlanın sərvətinin ölçüsü isə 18 milyard dollara bərabərdir.
Milli.Az
Cəmiyyət
Nazirlik 18 milyard sərvəti olan şeyxi cərimələyə bilər
29 Mart 2015 15:48
3 Şərh
Baxış: 5 205
DİGƏR XƏBƏRLƏR
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
- “Abzas Media” və “Toplum TV” işində yeni faktlar - FOTO
- ANS-in keçmiş aparıcısı baş redaktor təyin edildi
- Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO
XƏBƏR LENTİ
- Xoşqədəm Cavanşir Məmmədov DANIŞDI: “Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...”
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
- Azərbaycan çempionatında bürünc medalçı bəlli oldu
- Ermənistanın dörd kəndi qaytarması Azərbaycanın diplomatik qələbəsi oldu - Pakistanlı ekspert
- Ərdoğan HƏMAS sədrini qəbul etdi
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA
- Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO
- Dünyanın ən zəngin 10 varisinin adı açıqlandı
- Bakıda taxta bazarı yanır
- Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?
- Cavanşir Məmmədov dəfn YERİNDƏN VİDEO
- Bu ölkədə ilk şəhər hava taksisi işə başlayacaq
- Matias “Neftçi”dən gedir?
- Paşinyan imana gəlir - Ermənistan Bakı ilə RAZILAŞDI
- Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
- "Atama hörmət qoymalı idi" - VİDEO
- Türkiyə XİN-dən Qazaxın 4 kəndinin qaytarılmasına münasibət
- Bakıda Dünya kubokunda lider dəyişikliyi - Raffaeli zirvədə
- Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
- Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclərin yaratdığı möcüzə - Baykal Amur Magistralı - FOTO
- Azərbaycana gətirilməsi üçün aldıqları maşınlar Potidə qaldı - İş adamı həbs edildi - FOTO
- Cavanşir Məmmədovla vida mərasimi keçirilir - FOTO