Cəmiyyət

Azərbaycanda heyvanlar üçün hotel - VİDEO

29 Mart 2015 15:43
2 Şərh     Baxış: 4 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda heyvanlar üçün ilk mehmanxana fəaliyyətə başlayıb

Qafqazinfo Space TV-yə istinadən xəbər verir ki, burada ev heyvanlarına əsl lüks şərait yaradılıb. Burada it və pişiklə yanaşı, dovşanlar da saxlamaq mümkündür. Onlar kiçik və rahat otaqlarda istirahət edir, hətta döşəyin üstündə yatırlar. Hoteldə heyvanları vaxtında gəzdirib-yedirdirlər. "Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə və itinizə baxan yoxdursa, onu hotelə verə bilərsiniz", - deyə hotel işçiləri bildirir.

Pişiklərin "otaqları" isə daha genişdir. "3 otaqlı" hissə məhz bir pişiyə məxsusdur. Burada pişiyin yemək, yatmaq və oynamaq imkanı var. "Pişiklər burada çox yaxşı istirahət edirlər", - deyə işçilər bildirirlər.

Pişiklər üçün mehmanxana 8 korpusdan ibarətdir. Heyvanların qulluğunda duranlar onların nazı ilə oynayırlar. Hotelin əməkdaşı Zülfiyyə Kazımova deyir ki, əgər pişiyin sahibi istəyərsə, onu çimizdirir, tüklərini qırxır, hətta dırnaqlarını tuturlar: "Heyvanların sahibləri lazım olan xidmət barədə əvvəlcədən tapşırıq verirlər. Məsələn, tapşırırlar ki, pişiyimə peyvənd vurulmalıdır, qırxılmalıdır, dırnağı tutulmalıdır. Biz də onları yerinə yetiririk".

Hoteldə vaxt məhdudiyyəti yoxdur. Pulu ödənilirsə, heyvan burada 3 ay da qala bilər.

Hoteldə xidmət haqqı baha deyil. Pişiklərə günülük xidmət 15, itlərə isə 25 manatdan başlayır. Qiymətə gündəlik yemək də daxildir. Pişiklərə səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file, axşama quru yeməklər verilir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.