Azərbaycanda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi və pilotların sağlamlığı məsələləri daim xüsusi diqqət mərkəzindədir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi həmişə diqqət mərkəzindədir. Bu sahəyə ümumi nəzarət və rəhbərliyi Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) edir. Təyyarələri idarə edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var: "Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına (MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra digər məsələlərə görə seçilirlər. Ona görə də Avropada, Alp dağlarında baş verən son aviaqəza bizim üçün meyar ola bilməz. Əgər abituriyentlər bu meyarlara, şərtlərə cavab vermirlərsə, o zaman onlar müvafiq fakültələrə qəbul olunmurlar. Daha sonra isə pilotların psixoloji durumunda və sağlamlığında ümumən baş verə biləcək dəyişiklikləri nəzarətdə saxlamaq üçün onlar mütəmadi olaraq tibbi müayinədən keçirilirlər. Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya poliklinikasında xüsusi komissiya var. Həkim-uçuş ekspert komissiyası pilotları xüsusi diqqət mərkəzində saxlayır. Pilotlar hər uçuşdan qabaq mütləq komissiyada müayindən keçirlər".
AZAL-ın sözçüsünün bildirdiyinə görə, hətta elə hallar olub ki, həmin komissiya bəzi pilotların uçuşa çıxmalarına qadağalar qoyub: "Bəzi pilotların uçuşuna qadağa qoyulub və onlar kənarlaşdırılıb. Məsələn, elə hal olub ki, adam israrla 25 min saatlıq uçuş təcrübəsinin olduğunu və yenə də uçmaq istədiyini bildirib. Lakin onun sağlamlığında kiçik də olsa qüsur olduğundan dərhal uçuşdan kənarlaşdırılıb. Bu məsələdə xahiş, "day-daylıq" və s. məsələlər keçmir. Bizdə bu məsələdə "dəmir" intizam var. Bunlar birbaşa "Azərbaycan Hava Yolları"nın prezidentinin xüsusi diqqət mərkəzindədir. Eyni zamanda, pilotların sağlamlığının qorunması üçün onlara xüsusi qayğı göstərilir. Qeyd edim ki, ICAO və Avropa Mülki Aviasiya Konfransının (ECAC) audit komissiyaları bizim pilotlarla bağlı işimizdən həmişə çox razı qalıb, müsbət qiymətləndiriblər. Hələ bu vaxta kimi mənfi qiymətləndirmə olmayıb".
M.Səfərli əlavə edib ki, MAA-nın "Uçuş mühəndisliyi (Pilot)" və "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi (Dispetçer)" ixtisaslarına Heydər Əliyev Beynəlxalq Aeroportu Aviasiya poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinə keçmiş, Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər abituriyentlər qəbul edilirlər. Bundan başqa, həmin abituriyentlər MAA-da "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçirlər: "Daha sonra da kursant olarkən onların psixofizioloji və fiziki durumları daim nəzarətdə saxlanılır. Beynəlxalq tələblərə uyğun olaraq bu sahədə yeni qaydalar hazırlanır. Növbəti tədris ilində Akademiyada həmin qaydalar tətbiq olunmağa başlanacaq".
Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Qəzaya təyyarının ikinci pilotu Andreas Lubitzin səbəb olduğu bildirilir. Aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə aldığı, ancaq bu barədə aviaşirkətə məlumat vermədiyi ortaya çıxıb. Digər tərəfdən, A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona "bir gün elə bir şey edəcəyəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq" dediyini açıqlayıb.
Digər məlumatlara görə, pilot görmə qabiliyyətinin zəif olması ilə bağlı həkim yanında olub və bunu aviaşirkətdən gizlədib.
Milli.Az
Cəmiyyət
AZAL-dan pilotlarla bağlı açıqlama: "Bu məsələdə xahiş, "day-daylıq" keçmir"
29 Mart 2015 12:52
Baxış: 13 085
DİGƏR XƏBƏRLƏR
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
XƏBƏR LENTİ
- Hacı Nuran bu dəfə onunla FOTOsunu paylaşdı
- “Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO
- Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO
- Ev işlərində enerjiyə necə qənaət edək?
- “Təcili tibbi yardım vertolyotları alınsın”
- Makronun Silva ilə FOTOları ölkəni silkələdi
- Azərbaycanda aparıcının evini yandırıblar? - RƏSMİ CAVAB - VİDEO
- Rusiyalı polkovnik də “Krokus”da öldürülüb
- “Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT
- Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU
- Sabir Rüstəmxanlı: "Gənc qızlar ana olmaq istəmirlər"
- Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
- Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
- Türkiyəli aktyor vida mərasimində maşınla adam vurdu - FOTO
- Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək
- AVRO-2024: Fransa favorit, Gürcüstan autsayder
- Bu halda ipotekaya xitam veriləcək
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO
- Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
- Bu şəxslərin maaşı artırılır