Cəmiyyət

Bakıda "qaranlıq" aksiya - FOTO

29 Mart 2015 10:10
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Layihə ilk dəfə 2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında keçirilib

"Yer saatı" ("Earth Hour 2015") beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşib.

Anspress-in məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. "Yer saatı" təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir.

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Bu il martın 28-nə təsadüf edən hadisə saat 20:30-a təsadüf edib. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürüblər. "Yer saatı" zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülüb.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanovanın sözlərinə görə, bu il "Yer saatı" aksiyasında dünyanın 172 ölkəsinin sakinləri iştirak ediblər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşıblar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və "Marriott Absheron" otelinin fasadının işıqlandırılması dayandırılıb.

Bundan başqa, "Critical Mass Baku" veloturu keçirilib, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər.

Layihə saat 22:00-da başa çatıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.