Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

29 Mart 2015 09:22
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələri ilə bağlı müzakirələr yekunlaşıb

Milli.Az anspress-ə istinadən martın 29-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 29 mart 2015
Hicri: 8 cəməduəs-sani 1436

İlin 88-ci günü
İlin sonuna 277 gün qalır

Bu günün namaz vaxtları:

Fəcr - 07.17
Günəş - 08.28
Zöhr - 14.49
Əsr - 18.50
Məğrib - 21.16
İşa - 22.35

1430-cu ildə Osmanlı ordusu Soloniki və İyoniyanı fəth edib

1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi bağlanıb

1803-cü ildə Rusiya qoşunları Car-Balakənə hücum edib

1790-cı ildə ABŞ-lı siyasətçi Con Teylor anadan olub

1824-cü ildə alman filosof və fizik Lüdviq Büxner anadan olub

1827-ci ildə Bethoven Vyanada 10 min nəfərin iştirakı ilə son mənzilə yola salınıb

1938-ci ildə Hərbi Məhkəmə Nazim Hikmətə 28 il həbs cəzası kəsib

1939-cu ildə Süleyman Sani Axundov vəfat edib

1949-cu ildə türkiyəli bəstəkar və müğənni Kayahan anadan olub

1950-ci ildə Nazim Hikmət Bursa həbsxanasında aclığa başlayıb

1957-ci ildə Kiprdə gərginlik artdığına görə adada küçəyə çıxmaq qadağan edilib

1966-cı ildə Leonid Brejnev Sovet İttifaqı Kommunist Partiyasının I katibi təyin olunub

1973-cü ildə Amerika Birləşmiş Ştatlarının sonuncu hərbi birləşmələri Cənubi Vyetnamı tərk edib

1979-cu ildə Uqandada İyd Emin rejimi hərbi çevriliş yoluyla hakimiyyətdən uzaqlaşdırılıb. İyd Emin qaçıb.

1989-cu ildə Londonda dünyada ilk dəfə süni mayalanma yoluyla 5 əkiz körpə dünyaya gəlib

1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələri ilə bağlı müzakirələr yekunlaşıb

2001 - Prezident Heydər Əliyev II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsinə dair sənədlər paketini (10-dək sərəncam) imzalayıb.

2004-cü ildə Bolqarıstan, Estoniya, Litva, Latviya, Rumıniya, Slovakiya və Sloveniya NATO-ya üzv qəbul edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.