Cəmiyyət

Bu gün qar yağacaq

29 Mart 2015 00:05
1 Şərh     Baxış: 5 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 29-da Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15°isti, dağlarda gecə 0-3° isti, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 9-14 isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3°, gündüz 3-8° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 9-14° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 10-15° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında səhər çiskinli olacaq, axşama doğru isə yağış yağacağı gözlənilir. 5-10 m/s Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 9-14°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.