Cəmiyyət

Dahi şairimizin abidəsi kol içində itib-batır

28 Mart 2015 16:36
1 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Görkəmli orta əsr şairimiz və mütəfəkkirimiz, Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən olan Məhəmməd Füzulinin Saatlı rayonu Məmmədabalı kəndindəki abidəsi baxımsız vəziyyətdədir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, büstün qarşısı vaxtında təmizlənilmədiyindən abidə kolluqlar arasında qalıb.

Əldə etdiyimiz məlumata görə, Məhəmməd Füzulinin büstü bir neçə il əvvəl dahi şairin adını daşıyan keçmiş Füzuli kolxozunun həyətində qoyulub. Lakin həmin təsərrüfat sistemi dağıldıqdan sonra abidə baxımsız vəziyyətdə qalıb. Bu səbəbdən də büstün ətrafını kol-kos basıb və o, görünməz olub. Qeyd edək ki, Füzulinin büstünün yerləşdiyi ərazinin ətrafında yaşayış məskəni var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.