29 mart - 3 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olacaq.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində İtaliyanın Əmək və Sosial Siyasət naziri, Parlament üzvləri, Neapol şəhərinin meri və tanınmış QHT rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
İtaliya senatında təşkil olunacaq konfransda hökumət nümayəndələrinə, Parlamentin üzvlərinə, vətəndaş cəmiyyəti təmsilçilərinə və mətbuata "İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli" təqdim olunacaq.
Bundan başqa nümayəndə heyəti Şura və İtaliyanın "Vision" təşkilatının birgə təşkil etdiyi "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN" nümunəsi" mövzusunda keçirilən beynəlxalq konfransa qatılacaq. Hər iki tədbirdə Şuranın sədri Azay Quliyev məruzə ilə çıxış edəcək.
Səfər Azərbaycan Hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitunun icra etdiyi "Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində həyata keçirilir.
Milli.Az
Cəmiyyət
Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olacaq
28 Mart 2015 12:00
Baxış: 598
DİGƏR XƏBƏRLƏR
- Tanınmış psixoloq yeni işə başladı - VİDEO
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
- Yunus Oğuz bu əsəri ilə Şuşa qürurunu yenidən yaşadır - Etibar Babayev
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
XƏBƏR LENTİ
- AB İvanişvilini cəzalandırmaq istəyir
- Kirkorov buna görə ad günü etməyəcək
- Əli Əsədov oğurlanmış vəsaitlərlə bağlı qərar imzaladı
- Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
- "Daha bir əfsanəni itirdik" - Elektrikli "Gelandewagen" satışa çıxarıldı - VİDEO
- Rəşad Sadıqov: “Bir hədəf var”
- İraq Prezidenti COP29-a dəvət olundu
- 24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO
- Bayden yenə hava ilə “salam”laşdı - VİDEO
- Krım körpüsü bağlandı
- Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR
- "Mənə sədaqətdən, vəfadan danışmayın..." - FOTOlar
- Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
- İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
- İsveç səfiri Avroviziya təmsilçilərimizlə görüşdü - VİDEO
- Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzaladı
- Bir il əvvəl yoxa çıxan modelin meyiti tapıldı - FOTO
- Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNİB
- Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO
- Azərbaycanda yeni kollec yaradıldı
- Jiru onlarla razılığa gəldi
- Şəkil sevdası faciəyə səbəb oldu - vulkana düşdü - FOTO
- "Mənim kimi qadınlar ancaq bu kişilərlə birlikdə olur"