Cəmiyyət

Şəhidimiz dəfn edildi

27 Mart 2015 18:45
1 Şərh     Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.

APA-nın verdiyi məlumata görə, martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olan 30 yaşlı E.Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.

Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E.Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E.Kazımov 2 ay öncə ailə həyatı qurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.