Cəmiyyət

Sabah Bakıda 1 saatlıq işıqlar söndürüləcək

27 Mart 2015 17:57
0 Şərh     Baxış: 7 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yer saatı" ("Earth Hour 2015") beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşəcək

AZƏRTAC-ın məlumatına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir. "Yer saatı" təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir.

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Bu il martın 28-nə təsadüf edən hadisə saat 20:30-da baş tutacaq. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. "Yer saatı" zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.

Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il "Yer saatı" aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcəklər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və "Marriott Absheron" otelinin fasadının işıqlandırılması dayandırılacaq.

Bundan başqa, "Critical Mass Baku" veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak edəcəklər.

Layihə saat 22:00-da başa çatacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.