Cəmiyyət

Azərbaycanın ən nəhəng kişisi əyilir - VİDEO - FOTO

26 Mart 2015 11:17
0 Şərh     Baxış: 9 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahlar Quliyevin onurğasında skalyoz xəstəliyi yaranıb

Azərbaycanda ən hündür kişi Cəlilabadda yaşayır.

Anspress-in verdiyi məlumata görə, Azərbaycanın ən uzunboylu insanı Şahlar Quliyevdir.

Cəlilabad rayonunun Babaxanlı kəndində yaşayan Şahların boyunun uzunluğu 2 metr 5 sm-dir. Onun sözlərinə görə 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb. Bir neçə il ərzində isə boyunun uzunluğuna görə ölkənin ən ucaboy sakini olub.

Şahlar Quliyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün o, geyim və ayaqqabını sifarişlə tikdirməyə məcbur olur.

Boyunun uzun olması ona daha çox əsgərlik həyatında çətinliklər yaradıb. Çəkisi 120 kq. olan Şahlar Quliyevin bədən ölçüləri normadan böyük olsa da, o, heç də çoxlu yemək yeməyə meylli deyil.

Şahlar Quliyev bir neçə il əvvələ kimi peşəkar boksla məşğul olub O, uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi çalışıb. Lakin boyunun uzun olması ilə əlaqədar olaraq onurğasında skalyoz xəstəliyi yaranıb. Bu səbəbdən onun həyatında böyük çətinliklər yaranıb. Şahlar Quliyevin əməliyyat olunmasına maddi imkanı yoxdur. Artıq xəstəliyin təsirindən ilbəil onun boyu qarşıya doğru əyilməyə başlayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.