Cəmiyyət

Novruz bayramı günlərinə hava sürprizi

19 Mart 2015 13:10
1 Şərh     Baxış: 4 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı günlərində Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 20-də dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Martın 21-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yağıntılar tədricən kəsiləcək. Həmin gün rayonların əksəriyyətində havanın yağmursuz olacağı gözlənilir. Temperaturda isə mühüm dəyişiklik gözlənilmir.

Martın 20-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 20-də Azərbaycanın rayonlarında əsasən yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.