Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq - YENİLƏNİB

14 Mart 2015 16:20
4 Şərh     Baxış: 10 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:20

Trend bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bununla bağlı nazirlik rəsmi xəbərdarlıq yayıb.

---------
12:28

Sabahdan Azərbaycan hava şəraiti nisbətən dəyişəcək, martın 18-ə kimi temperatur ötən günlərlə 4-6 dərəcə müqayisədə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Temperatur əsasən martın 16-sı və 17-si enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtımalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.