Cəmiyyət

Bakıya duman gələcək

12 Mart 2015 12:43
5 Şərh     Baxış: 2 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda mart ayına xas olan hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında martın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi axşama doğru mülayim şimal küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında martın 13-də havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında yağıntılı proqnozlaşdırılır, dağlıq ərazilərdə sulu qar və qar yağacaq.

Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yer 15 dərəcə isti proqnozlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.