Cəmiyyət

Evlənməyə hazırlaşanların nəzərinə: 3 aydan sonra... - VİDEO

9 Mart 2015 16:56
0 Şərh     Baxış: 10 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-dən tibbi arayışı olmayanlar nikaha daxil ola bilməyəcəklər

Anspress yazır ki, iyunun 1-dən ailə qurmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburi olacaq.
ANS TV-nin verdiyi məlumata görə, Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış təqdim etməsi məcburi olacaq. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, 3 aydan sonra tibbi arayış təqdim etməyən cütlüklər nikaha daxil ola bilməyəcəklər.

Hadı Rəcəblinin sözlərinə görə, yeni evlənənlərin tibbi müayinədən keçməsi pulsuz həyata keçiriləcək. Həkimlər qəbul edilmiş bu qərarın vaxtında verildiyini və bunun sayəsində gənclərdə nikahdan qabaq yaranmış olan bir çox infeksion xəstəliklərin qarşısının alınmasında böyük rol oynayacağını deyir.

Həkim Gülnarə Sultanqızının sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, evlənmək istəyənlər tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı müvafiq quruma təqdim etdikdən 1 ay sonra nikah bağlaya bilərlər.

Qeyd edək ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.