Cəmiyyət

Üçüncü çərşənbə küləklə gəlir

10 Mart 2015 00:05
0 Şərh     Baxış: 4 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Martın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub küləyi 8-13 m/s sürətlə əsəcək, gündüz arabir 17 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 8-12° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyinin sürəti 5-10 m/s olacaq, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava gün ərzində əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Dağlarda duman olacaq. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.