Cəmiyyət

Sabahdan hava dəyişir

9 Mart 2015 12:35
5 Şərh     Baxış: 20 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.

Məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraiti mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.