Cəmiyyət

Bakı küçələrində yenilik

8 Mart 2015 17:55
0 Şərh     Baxış: 4 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin alimləri küçələrin işıqlandırılmasında istifadə etmək üçün LED işıq-diod mənbələrinin prototiplərini təqdim ediblər. Bunu Trend-ə Mərkəzdən deyiblər.

Söhbət hazırda küçələr, prospektlər, binaların fasadlarının və s. işıqlandırılmasında istifadə edilən lampaları əvəz edə bilən, enerji baxımından səmərəli və ekoloji təmiz işıqlandırma mənbələrindən gedir.

Mərkəzdən qeyd ediblər ki, işıqlandırma qurğularının korpuslarını dəyişmədən istifadə edilə bilən prototiplər hazırlanıb: "LED-in işıqlandırma parlaqlığı ənənəvi lampalardan geri qalmır. LED-in küçənin işıqlandırılmasında praktiki tətbiqinə hökumətin qərarından sonra başlana bilər".

Mərkəzin Gəncə Alüminium Zavodu və Sumqayıt Günəş Panelləri Zavodunun müəssisələrində mümkün LED istehsalına başlanılması barədə təklifi baxılması üçün hökumətə təqdim edilib.

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzindən əlavə ediblər ki, LED istehsalının platforması qismində Yüksək Texnologiyalar Parkının çıxış etməsi istisna edilmir: "Azərbaycan layihəyə xarici sərmayədarların cəlb edilməsində maraqlıdır və belə sərmayədarlardan biri qismində Koreyanın LG şirkəti çıxış edəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.