Cəmiyyət

Təhsil naziri: "Bu gün ali təhsildə kütləviləşmə yaranıb"

6 Mart 2015 15:23
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün ali təhsildə kütləviləşmə yaranıb və ali məktəblər fəaliyyətlərini buna uyğun olaraq qurmağı bacarmalıdır"

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, ali məktəblər də bu günün çağırışlarına cavab olaraq müasir tədris texnologiyalarından istifadə etməklə öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər.

M.Cabbarov qeyd edib ki, əgər 30 il əvvəl Azərbaycanda hər 100 məzundan 15-20-si ali məktəbə qəbul olurdusa, bu gün artıq hər 100 məzundan təqribən 40-ı tələbə olur.

Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu deyən nazir bildirib ki, lakin təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə bitməməlidir: "Biz ali təhsilin keyfiyyətini yüksəltmək üçün yalnız maddi-texniki bazanın yenilənməsi ilə kifayətlənə bilmərik. Bizim qarşımızda duran vəzifə və çağırışlar daha genişdir. Biz müasir universitet qurmalıyıq. Ancaq ilk növbədə, müasir universitetin standartı müəyyənləşməlidır, yəni biz müasir universitet dedikdə nəyi nəzərdə tuturuq".

M.Cabbarov bildirib ki, Azərbaycanın kiyafət qədər müəllimləri, alimləri xarici ali təhsil müəssisələrinə dəvət edilib. Bəziləri isə hətta 1990-cı illərdə qonşu dövlətlərdə ali məktəblərin yaradılmasında iştirak ediblər: "Lakin sevindirici haldır kı, onların bəziləri bu gün Vətənə dönür. Qeyd etməliyik ki, belə bir axın ali təhsil sistemində təhsilin keyfiyyətinə təsirsiz ötüşmür".

Təhsil naziri deyib ki, bu gün universitet müəllimlərinin maddi təminatlarının qurulması da vacibdir. Əks halda, yenidən xarici ölkələrə beyin axını baş verə bilər: "Әn yaxşı halda isə onlar ali təhsil müəssisələrində öz iş yerlərinə əsas deyil, əlavə iş yeri kimi baxacaqlar. Bunun da mənfi fəsadları müxtəlifdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.