Cəmiyyət

Beyinləri zəhərləyən ədəbiyyat

5 Mart 2015 19:25
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda ekspertizası aparılan dini ədəbiyyatlarla bağlı vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışların keçirilməsi davam etdirilib və müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

Ötən il 884 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 86 adda kitabın ölkəyə gətirilməsinə razılıq verilməyib.

Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub. Onlardan 3-də dini dözümsüzlük təbliğ edən fikirlər aşkarlandığından çapına razılıq verilməyib.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb. Onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.