Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən , Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildlik işıq üzü görüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplamış, ərəb əlifbasından latın əlifbasına çevirmiş və lüğəti tərtib edib.
I cildə M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus", "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi" qəzetlərində, "Füyuzat", "Volna" jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilib.
II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanıb.
III cilddə görkəmli şəxsiyyətin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer alıb.
IV cildə M.Ə.Rəsulzadənin 1917-ci ilin yanvarından 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilib.
V cilddə M.Ə.Rəsulzadənin 1918-ci il fevral - 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanıb.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında çap olunub, nazirliyin tabeliyində olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcək. Həmçinin tezliklə kitabı nazirliyin www.bakubookfair.com saytında "Elektron kitabxana" bölməsində də oxumaq mümkün olacaq.
Milli.Az
Cəmiyyət
Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatdı
5 Mart 2015 17:31
Baxış: 594
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
XƏBƏR LENTİ
- Yerkökü və qaragilə görməni yaxşılaşdırır?
- Dilandan transparan libasda FOTOlar
- “Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
- Qurban Qurbanovun oğlunun Messi ilə FOTOsu sosial şəbəkələrdə trend oldu
- Bakıda yarım milyona Quran satılır? - FOTO
- Yatmadan əvvəl 11 zeytun yeyin
- Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir”
- COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşdü
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- Yadplanetlilər haqda daha bir film çəkəcək
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?
- UEFA “Barselona”nı cərimələdi
- Çox asan hazırlanan dadlı peçenye RESEPTİ
- Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
- Meksikada da zəlzələ oldu
- Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
- Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
- İmran Əliyev hava limanında saxlanıldı
- Qadınların kişi seçəndə etdiyi səhvlər: İLK 3