Cəmiyyət

Bu günün hava proqnozu

6 Mart 2015 00:05
2 Şərh     Baxış: 3 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq

Martın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Martın 6-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 3 şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-5° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.