Cəmiyyət

Milli Gimnastika Arenasının qarşısındakı yol bağlanır - FOTO

5 Mart 2015 16:22
Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakıda Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq".

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsində təmir işləri davam etdirilir: "Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işlərinin axşam saat 23-24 radələrində başa çatdırılması və yolun bağlanan hissəsinin açılması gözlənilir".

P.Mürsəliyev qeyd edib ki, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.