Cəmiyyət

İşsiz qalan Qərib Məmmədovdan nə xəbər?

5 Mart 2015 14:40
Baxış: 2 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasından 1 ay keçir. Dövlət Komitəsinin ləğv edilməsi ilə sədr Qərib Məmmədov başda olmaqla yüzlərlə adam işsiz qalıb.

Milli.Az xəbər verir ki, ləğv edilən komitədən azvision.az-a verilən məlumata görə, hazırda bütün kollektiv iş başındadır.

Bildirilib ki, sədr Qərib Məmmədov və işçilər prosedura uyğun olaraq, yəni Əmək Məcəlləsinin tələblərində göstərilən kimi işdən ayrılacaqlar.

"Bildiyiniz kimi işlərin aparılması üçün 2 aya yaxın vaxt verilib. Qanunvericilikdə tənzimlənən qaydada işlər aparılır. Kimlər saxlanılıbsa, onlar işində qalır və digərləri isə qanunvericiliyə uyğun olaraq işindən ayrılıb".

Həmçinin qeyd edilib ki, Qərib Məmmədov əvvəlki qaydada işə gəlir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə komitə ləğv edilib.

Komitənin səlahiyyətləri müvafiq olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.