Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi reaksiya verib.
Sərxan Tahirzadənin aznews.az-a verdiyi məlumata görə, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, onu və anasını nazirliyə dəvət ediblər.
Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilən qazinin qarşılaşdığı problemlə bağlı söhbət aparılıb. Onun mövcud durumu, qayğıları və problemlərinin məğzi ilə maraqlanılıb.
Görüşdə S. Tahirzadənin ehtiyacları barəsində söhbət aparılması ilə yanaşı, yaranan hər hansı problem zamanı Müdafiə Nazirliyində müvafiq qurumla əlaqə saxlaması üçün ona telefon nömrələri də verilib.
S. Tahirzadəyə deyilib ki, Müdafiə Nazirliyi hər zaman onun qayğılarına dəstək olmağa hazırdır.
Daha sonra qazini narahat edən problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar da verilib.
Qeyd edək ki, Sərxan Tahirzadə 77 manat pensiya, 150 manat da prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi. Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir.
Milli.Az
Cəmiyyət
Nazir ayaqlarını itirən əsgərlə bağlı göstəriş verdi - AÇIQLAMA
5 Mart 2015 11:26
0 Şərh
Baxış: 1 810
DİGƏR XƏBƏRLƏR
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
- Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
XƏBƏR LENTİ
- Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi
- Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
- Bakıda küçədə çılpaq gəzən şəxslə bağlı DİN-dən açıqlama
- Hakimi təhqir edən menecerə AĞIR CƏZA
- "Könül Kərimova məndən 10 min manat borc alıb"
- Məhkəmə sabiq erməni nazir ilə bağlı qərar verdi
- Türkan: “Plastik əməliyyatdan sonra özgüvənim artdı” – VİDEO
- Türkiyəli məşhur iş adamı Azərbaycanda qəzaya düşdü - FOTO
- Aktrisa 59 yaşını belə qeyd etdi - FOTO
- “Fransa “Böyük Ermənistan”a çevrilib”
- İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram - Nazir
- Premyer Liqada kənar şəxslər
- Məktəb psixoloqlarından yalnış gözləntilər var - Emin Əmrullayev
- İlkin Ayselin səhifəsini qaytardı - FOTO
- Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - VİDEO - FOTO
- Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB
- Avroviziya səhnəsindən ilk FOTO
- Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir - Senatın üzvü
- Məktəblərdə hər an hansısa problem yarana bilər - Emin Əmrullayev
- İran İsraili hədələdi
- Ani Lorakın ailəsində itki - FOTO
- "Azərbaycana buna görə təşəkkür edirik"
- Rusiyalı ekspert: Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir
- Damla xəstəxanaya düşdü - FOTO