Cəmiyyət

Bakıdakı yol ayrıcı qəza məkanına çevrilib - VİDEO - FOTO

5 Mart 2015 14:01
0 Şərh     Baxış: 2 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yolda hərəkətin tənzimlənməməsi hər gün qəzalara səbəb olur. Söhbət Xətai rayonu, Köhnə Günəşli qəsəbəsindəki küçədən gedir. Oxucular Milli.Az-a yazırlar ki, İnqilab İsmayılov 3 ünvanında, 3 yol ayrıcında hərəkətin yol nişanı və ya işıqforla nizamlanmaması qəzalar yaradır. Elə gün olmur ki, həmin ərazidə yol qəzası baş verməsin. Ötən gün həmin ərazidə iki qadını maşın vurdu. Sakinlər aidiyyəti qurumlardan bu məsələnin həll edilməsini xahiş edirlər.

Bakı Siqnal İdarəsindən Milli.Az-a verilən məlumata görə, yol nişanı və işıqforların qoyulması, hərəkətin nizamlanması Yol Hərəkəti Komissiyasının səlahiyyətindədir. Həmin komissiyanın qərarından sonra yol nişanı və işıqfor qoyula bilər. Sakinlər problemləri ilə bağlı yerli yol polisi şöbəsinə və ya icra hakimiyyətinə yazılı müraciət etməli, komissiyada bu məsələyə baxılmalıdır. Yekun qərarda həmin əraziyə hər hansı nişanın qoyulması zəruri hesab olunsa, Siqnal İdarəsinə tapşırıq veriləcək.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.






Foto-video: Elnarə
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.