Cəmiyyət

Bakıda yarıtmaz iş və ondan asılı düşmüş insanlar - FOTO

5 Mart 2015 10:15
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində ictimai nəqliyyatda avtobusun rolu tamamilə azdır. Həm ekoloji, həm də daha rahat hərəkət imkanlarının olmamasından həmin nəqliyyat növü tam sıxışdırılıb. Onun yerini tramvay, elektrik qatarı tutub.

Bakıda isə bütün ictimai nəqliyyatın əsas fəaliyyəti avtobusun üzərində qurulub və insanlar onlardan asılı vəziyyətə düşüblər. Əgər belə olmasaydı, hər gün ölkənin saytlarını avtobus problemi haqda xəbərlər "bəzəməzdi".

Avtobus asılılığının hökm sürdüyü yerlərdən biri də Bakının Binə və Sovxoz qəsəbələridir. Sakinlər Milli.Az-a yazırlar ki, Binə qəsəbəsində neçə illərdir avtobus problemi davam edir. Təxminən 200 minə yaxın əhalisi olan Sovxoz və Binə qəsəbəsindən metronun "Koroğlu" stansiyasına cəmi 1 xətt işləyir. Həmin xətt üzrə işləyən 160 nömrəli marşrut Sovxozdan start götürüb Binədən keçir. Binədə isə bu marşruta ümumiyyətlə minmək mümkün deyil. Qəsəbə sakinləri 1 manata metroya kimi gedən sürücülərin ümidinə qalıblar, yoxsa şəhərə heç cür çıxış mümkün olmazdı.

"2-3 il bundan qabaq metronun "Qara Qarayev" və "Neftçilər" stansiyalarına işləyən marşrut açılmışdı, ancaq çox geçmədi, 160 nömrəli marşrutun sahibi İradə Əliyeva həmin marşrutu bağlatdırdı. Bu cür vəziyyətin olması həqiqətən yolverilməzdir", - deyə şikayətçilər məktubda vurğulayırlar.

"Bakısərnişinnəqliyyat" Departamentindən Milli.Az-a verilən məlumata görə, həmin istiqamətdə sərnişindaşımanın yaxşılaşdırılması yönündə işlər aparılır.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.