Bu gün bəzi dünya ölkələrində, xüsusilə də Avropadakı məktəblərdə əllə yazının ləğv edilməsi fikirləri ortaya çıxıb.
Əllə yazının ləğv edilməsinin tərəfdarları hesab edirlər ki, kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblilərə əllə yazı öyrədilməsi lazımsız bir proses və vaxt itkisidir. Mütəxəssislər hesab edirlər ki, bu günün insanı, onsuz da əl yazısından nadir hallarda istifadə edirsə, məktəblərdə uşaqlara belə hüsnüxətt dərslərinin keçirilməsi lazımsızsdır.
Bəs azərbaycanlı mütəxəssislər necə düşünürlər? Ölkəmizdə də belə prosesin reallaşması mümkündürmü?
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov hesab edir ki, qeyd olunanlar ümumdünya prosesidir və Azərbaycanın bu proseslərdən kənarda qalması mümkünsüzdür.
N.Cəfərov Milli.Az-a açıqlamasında deyib:
"Bir vaxtlar Avropa ölkələrinin özündə də hüsnüxətt yazısı, gözəl yazı nümunə hesab olunurdu. Ancaq bu gün kompüter əsridir. İlk yaşlardan uşaqlara kompüter tədris olunur. Azərbaycanda da bir zamanlar hüsnüxətt qaydalarına xüsusi diqqət yetirilir və ayrıca hüsnüxətt dərsləri keçirilirdisə, ancaq bu gün həmin dərslərə ehtiyac qalmayıb".
Professor Cəfərov hesab edir ki, gələcəkdə əl yazısı olmayacaq. Ancaq həmin proses tədricən getməlidir.
"Bunun üçün mükəmməl bir texnologiya lazımdır. Bütün məktəblərin, siniflərin və şagirdlərin kompüterlə təmin olunması lazımdır. Bu da tədricən gedən prosesdir və bu proses gedir", - o qeyd edib.
Bu gün əl yazısının birdən-birə yığışdırılmasının real olmadığını deyən N.Cəfərov əlavə edib ki, birinci mərhələdə əl ilə yazı yavaş-yavaş yığışdırılmalıdır.
"Bu hissə-hissə olur. Vaxtilə Azərbaycanda dövlət idarələrinə müraciət ediləndə, əl yazısı ilə ərizə tələb olunurdusa, bu gün elektron şəkildə yazılmış və çap olunmuş ərizə kifayət edir. Həmin vaxtlar vətəndaşlara əl yazısı ilə cavab verilirdi. Hətta rəsmi sənədlər də əl yazısı ilə hazırlanırdı. O dövr artıq keçdi və tədricən fərqli proses gedir", - o vurğulayıb.
N.Cəfərov, həmçinin qeyd edib ki, məktəblilərdə əllə yazı qaydalarının öyrədilməsi üçün xeyli vaxt gedir. Bundan başqa, kağız, qələm, karandaş və s. vasitələr lazım olur.
"Əgər gələcəkdə hər kəsin cibinə qoyub daşıyacaq bir kompüter olacaqsa, həmin kompüterdə yazılan informasiyaları lazımi yerlərə ötürmək mümkün olacaqsa, onda əllə yazıya ehtiyac qalmayacaq. Bu, sadə mexanizmlər bir sıra sahələrdə tətbiq olunur. Əl yazısı aradan tədricən çıxmalıdır və çıxacaq. Proses ona doğru gedir", - deyə o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az
Cəmiyyət
Azərbaycan təhsilini kökündən dəyişəcək addıma az qalıb
5 Mart 2015 00:10
3 Şərh
Baxış: 7 427
DİGƏR XƏBƏRLƏR
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
XƏBƏR LENTİ
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı
- Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır - Cahangir Məmmədli
- Bakıda evdə PARTLAYIŞ: ölən var
- Reper 60 milyona avtomobil aldı
- Azərbaycanlının öldürdüyü şəxs məşhur imiş
- Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
- Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
- "Meyxananı böyük səhnəyə atam gətirib"
- Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
- Video çəkilişi mediaya təqdim edənlər cərimələnəcək
- Bu halda ipotekaya xitam veriləcək
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
- Qərbin "erməni yalanları" çox tez faş oldu
- Bu işçilərin maaşları artırılacaq
- Türkiyədə baş verən güclü zəlzələdən təşviş dolu kadrlar - ANBAAN VİDEO
- 19 aprelin ən xoşbəxt bürcü: Elə fürsətlər yaranacaq ki...
- Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
- Rəşad Sadıqov: “Bu təklifləri dəyərləndirməyə çalışacam” - VİDEO - FOTO
- Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu
- Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verdi
- Türkiyədə zəlzələ oldu