"Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsi işlənib və artıq hazır şəkildədir. Qanun layihəsinin Prezident Administrasiyasından yaxın zamanlarda Milli Məclisə daxil olacağı gözlənilir". Bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, dəfn mərasimləri və qəbiristanlıqla bağlı qanun layihəsinin bu yaxınlarda müzakirəyə çıxarılması gözlənilir: "Orada qəbir daşlarının eyni cür olması və digər standart və tələblər yer alacaq. Dünyada konkret standartlar əsasında yaradılan qəbiristanlıqlar mövcuddur".
H.Rəcəblinin fikrincə, Azərbaycan bu məsələdə bəzi İslam dövlətlərindən nümunə götürməlidir: "İslam dövlətlərinə bir baxın. Bu məsələdə onlardan öyrənməyə dəyər. Biz isə qəbiristanlıqlardan az qala muzeylər düzəltmişik. Bu da bizim yanlışlıqlarımızdan biridir. Bu yanlışlıq və eybəcərlik də bizə sovet dönəmindən miras qalıb. Biz sovet dönəmindən sonra dini qaydaları pozmuşuq. Artıq bu məsələdə də dəyişiklik etməyin vaxtı çatıb. Bu işdə tanınmış şəxslər, millət vəkilləri, nazirlər, biznesmenlər, imkanlı şəxslər cəmiyyətə nümunə göstərməlidirlər".
Özəl qəbiristanlıqların yaradılmasına gəlincə, komitə sədrinin fikrincə, bu məsələ hələlik ağlabatan deyil: "Ola bilər ki, özəl qəbiristanlıqların yaradılması məsələsi qanun layihəsində yer almasın. Çünki bu məsələdə hərc-mərcliyə yol vermək olmaz. Bu gün qəbiristanlıqların sahibi, onlara baxan, qulluq edən yoxdur. Onlar kimə tabedir, bilinmir. Əslində, qəbiristanlıqlar ya bələdiyyələrə, ya da icra nümayəndəliklərinə verilməlidir. Hazırda ölkədə qəbiristanlıqların çoxu pis gündədir. Bu məsələdə kimdən nə tələb edəsən, məlum deyil. Bununla bağlı qanunvericilikdə boşluqlar var. Bunlar hamısı dəqiqləşdirilməlidir".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının bir müddət əvvəl Trend-ə verdiyi məlumata görə, qanun layihəsində dəfn mərasimlərinin keçirilməsi qaydaları, qəbir və onun üstündəki sinə və baş daşlarının standartları, qəbiristanlıqlara xidmət göstərilməsi, onların qorunması və s. məsələlərin yer alacağı, eləcə də qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumların müəyyənləşdiriləcəyi gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
XƏBƏR LENTİ
- Bu bürclərə qarşı əsla səhv etməyin! – Adamı peşman edirlər...
- Kəndlər qaytarılır - RƏSMİ
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Ceyhun Sultanov: “Rəşad Sadıqov getsə, daha yaxşı olar”
- Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
- Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
- İranda 11 yaşlı qız satıcı qadını öldürdü - Qəribə səbəb
- Xınalığa dolu düşdü
- “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib
- Gənc oğlanın üzərinə benzin tökərək yandırdığı qadının son durumu AÇIQLANDI - YENİLƏNİB
- Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşdi
- “Efirlərə çıxıb özlərinə kişi axtarırlar”
- G7 ölkələrinin XİN başçılarından Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlar
- “Qəbələ”də vida
- Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
- İdman və Biz: XƏBƏR - VİDEO
- Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
- Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
- Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə
- Gülay dəbdəbəli bağından VİDEO paylaşdı
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və "İpek” qablaşdıran yer aşkarlandı - FOTO
- "Çelsi" və "Mançester Siti" rusiyalı futbolçu ilə maraqlanır
- Rusiyadan İranla İsrailə çağırış