Cəmiyyət

Bəzi sufi təriqətlərində "sima" adlanan rəqsin mənası nədir?

4 Mart 2015 23:20
3 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, sima - ərəb dilindən tərcümədə "eşitmək" deməkdir. Dini termin olaraq, müəyyən avaz və musiqi sədaları altında sufilərin vəcdə gələrək, rəqsəbənzər hərəkətlər etməsinə sima deyilir. Sima bir çox sufi təriqətlərinin (məsələn, mövləvilik) xarakterik xüsusiyyətlərindən sayılır və bir təriqət ayini kimi icra olunur.

Sima ayini ya ağızda oxunan avaz, ya da ney və sairə musiqi alətlərində ifa olunan melodiyanın sədaları altında yerinə yetirilir. Sufi istər azan səsindən, istər Quran tilavətindən, istər külək əsintısindən, istərsə də ney sədasından vəcdə gələrək, simaya hazır ola bilər. Sufilər deyirlər ki, sima zamanı sanki onların qəlbi hərəkətə gəlir. Bəzi şəriət alimlərinin simaya münasıbəti mənfi olmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.