Cəmiyyət

135 dərslik yararsız çıxdı

4 Mart 2015 13:44
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son 2 ildə (2013/2014-cü tədris ili) respublikanın ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb.

TQDK-dan APA-ya verilən xəbərə görə, komissiya tərəfindən respublikanın ümumtəhsil məktəblərində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi həyata keçirilib. Bunlardan yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-VI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 135 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib.

2014-cü ilin mart-aprel aylarında TQDK-da Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. Bütün fənlər üzrə dərslik komplektlərində ötən il yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Buna baxmayaraq, yenidən II və III siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə: II sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait; III sinif üzrə 19 adda dərslik və 19 adda müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb, nəticədə məzmuna, dil və yazı üslubuna, bədii tərtibat və dizayna, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə formalaşdırılmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib və "Dərslik portalı"nda yerləşdirilib.

2014-cü ilin may-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi VII siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. 21 adda 41 dərslik komplekti maketlərinin "Dərsliklərin qiymətləndirilməsi meyarları"na əsasən qiymətləndirilməsi həyata keçirilib və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilib. Şöbə tərəfindən qüvvədə olan tədris və yeni təhsil proqramlarına (kurikulumlar) uyğun dərsliklər əsasında TQDK-da hazırlanmış "Siniflər üzrə test kitabçaları" və "Dərs vəsaitləri"nin də elmi-metodiki monitorinqi həyata keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.