Cəmiyyət

Burada ev heyvanlarını itlər parçalayır - FOTO

4 Mart 2015 13:19
0 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzda xırdabuynuzlu heyvanları parçalayan sahibsiz itlərin insanlara hücum etmə ehtimalı narahatlıq doğurur

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda sahibsiz itlər xırdabuynuzlu heyvanları parçalayıb.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Sakinlər heyvanların insanlara hücum edə biləcəyindən narahatdırlar.

Tovuzun Yuxarı Öysüzlü kəndində son bir ayda sahibsiz itlər 10 başa yaxın xırdabuynuzlu heyvanı tələf edib. Əsas məşğuliyyəti heyvandarlıq olan kənddə bu cür xoşagəlməz halların baş verməsi kəndliləri narahat edir. Onlar heyvanların məktəbə və bağçaya gedən azyaşlılara hücum edə biləcəyindən də ehtiyat edirlər.

Kənd sakini Cəmilə Qasımovanın sahibsiz itin hücumuna məruz qalan xırdabuynuzlu heyvanına baxış keçirən sahə baytar həkimi canlının quduzlaşa biləcəyini nəzərə alıb onun məhv edilməsini tövsiyyə edib.

Qeyd edək ki, sahibsiz itlərə təkcə rayonun Yuxarı Öysüzlü kəndində deyil, Avaztəpə yaşayış massivində və Ağdam kəndində də rast gəlmək mümkündür. Tovuz Rayon İcra Hakimiyyətindən yaxın vaxtlarda bu cür halların təkrarlanmaması üçün tədbirlər görüləcəyi bildirilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.