Cəmiyyət

Üskü çərşənbəni belə yola saldılar

4 Mart 2015 12:37
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən çərşənbələrdən ikincisi - Od çərşənbəsi respublikanın hər yerində olduğu kimi, şimal-qərb bölgəsində də böyük coşqu ilə qeyd edildi. Kanal S (Region TV) xəbər verir ki, Qax, İsmayıllı və Şamaxı rayonlarında da tonqallar qalanıb, insanlar odun ətrafında dövrə vurub, rəqs ediblər.

Xalq arasında bu çərşənbə Üskü çərşənbə adı ilə də tanınır. Adət-ənənəyə görə, bu çərşənbədə tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı atır, azar-bezardan yaxa qurtarırlar. Qaxda da rayon əhalisi tonqal ətrafına toplaşıb, musiqi sədaları altında bayramı qeyd ediblər. Rayon Mədəniyyət Evinin kollektivinin ifaları maraqla qarşılanıb.

Şamaxılılar da bu bayramı özünəməxsus şəkildə qeyd ediblər. Öz adət-ənənələrinə bağlı olan Şamaxı sakinləri bayram tonqalı alovlandırıblar. Şəhərin şərq girişində, qala divarları önündə qalanan tonqalın ətrafına cəm olan sakinlər bayramı yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Uşaqdan-böyüyə hamı tonqal üzərindən adlayıb, rəqs edib, əyləniblər. Od təbiətin isinməsi və yazın yaxınlaşması anlamına gəlir. Əlbəttə ki, hamı kimi, İsmayıllı sakinləri də yazın gəlişini səbirsizliklə gözləyirlər. Rayonda böyük bayram əhval-ruhiyyəsi yaşanır. Bunu böyük coşqu ilə qeyd olunan Od çərşənbəsində də görmək mümkün idi. Hamı şəhərin mərkəzi meydanında alovlandırılan böyük tonqalın ətrafına toplaşmışdı. Bayram şənliyinə qatılan Kosa və Keçəl isə həmişəki kimi, insanları əyləndirirdilər. Yerli sənətçilərin ifasında rəngarəng musiqi nömrələri də böyük maraqla qarşılanıb.

Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.