Cəmiyyət

Lənkəranda Od çərşənbəsi - FOTO

4 Mart 2015 12:55
1 Şərh     Baxış: 3 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, bayram tədbiri şəhərin Vağzal meydanı ərazisində təşkil olunub. Od çərşənbəsinin qeyd olunması Novruzun əsas personajları sayılan Kosa və Keçəlin tonqal yandırması ilə başlayıb.

Dədə Qorqud personajının canlandırılması da şənliyə xüsusi rəng qatıb. El adətinə uyğun olaraq üzərlik yandırılıb, el-obanın  bəd-nəzərdən qorunması Allahdan dilənib.  Tonqal ətrafında oxunan musiqilər, Kosa və Keçəlin məzəli  dialoqları, rəngarəng  rəqslər lənkəranlılara əsl bayram ovqatı, şadlıq bəxş edib.

Qeyd edək ki, Novruz bayramına qədər ölkəmizdə geniş şəkildə qeyd olunan dörd çərşənbələrdən növbəti iki çərşənbə - yel və ilaxır çərşənbələrin sonuncusu olan torpaq çərşənbəsidir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.